Azərbaycan
Xrİstİanlıq
TarİXİ
Azərbaycanın qədim inancı olan Xristianlıqı araşdırmaq istəyirsənizsə linkə daxil olun!
İndiki Azərbaycan ərazisinə, Albaniyaya Xristianlıq, İsa Məsihin həvarilərinin dövründə gəlmişdir.
İsanın 12 həvarisindən olan Bartalmay (Bartalmayın ikinci adı Nataneldir (İsa Məsih Yəhya Müjdəsi 1:48-50-ci ayələrdə onun haqqda danışır) və Tadday (Fadey) ilə birgə, müjdə ilə Parfiyalılara, Midiyalılara, Aşurlular, Baktriyalılara, Margianlılara bölüşürdülər. Onlar Yerusalimdəm Hindistana və oradan geri, indiki Azərbaycan ərazisində İsa Məsih haqqında xoş xəbər ilə bölüşürdülər. bizim eranın 70-ci illərində baş verirdi. Xidmətlərində bölündülər, Bartalmay Albaniyada və Tadday indiki İran ərazisində müjdə verirdilər. O zaman bu ərazilərdə 25 xalq yaşayırdı.
Bartalmayın əli ilə Rəbb böyük möcüzələr edirdi, insanlar iman edirdi, şəfa alırdı. Buda büdpərəst kahinləri qıcıqlandırırdılar. Beləlikdə onları razı salmaq üçün Alban padşahı Astiaq Bartalmayı həbs edib, Albanopol (Urbanopol) şəhərinə indiki Bakıya gətirib, büdpərəst kahinlərin əlinə təslim etdi. Onu başaşağı çarmıxa çəkdilər, lakin Bartalmay susmadığına görə, Onu çarmıxdan düşürdüb, dərisini diri-diri soydular və sonra dilini, əllərini, ayaqlarını doğradılar. Buna görə bu təsvirdə o dərisizdir. Bartalmayın iztirab çəkdiyi yer Qız qalasının yanıdır, çünki bu qala vaxtı ilə Zərdüşların məbədi olmuşdur. 410-cu ildə Bartalmayın canəzəsinin qalıqlarını köçürtdülər. Anma tarixi 24 Avqustdur.
Taddayın Xidməti
Tadday isə indiki İran ərazisində müjdə paylaşırdı. Onun vasitəsi ilə Rəbb böyük işlər etdi, Tadday çoxlu cəmiyyətlər yaratdı və onun çoxlu şagirdləri var idi. Taddayın dəqiq necə və kimlər tərəfindən öldürülməsi aydın yazılmayıb, lakin tarixdə onun indiki İran ərazisində iztirablar çəkərək öldürülməsi qeyd edilibdir. Taddayın sadiq şagirdlərindən biri Elişa (Yelisey), Yerusəlim Həvarisi Yaqubun xeyir duası ilə Albaniyaya yollandı və indiki Şəki ərazisində müjdə paylamağa başladı. Onun vasitəsi ilə Qafqazda ilk inşa edilmiş sayılan Kiş məbədini tikdi. Onun sadiqliyi və möhkəm imanı vasitəsi ilə şimal bölgələrdə müjdə uğurla yayılırdı. Elişa daha şimala tərəf yollandı və Çölü (Dərbəndə) qədər gəldi. Hermez ərazisində şagirdi ilə birgə büdpərəstlər tərəfindən öldürülərək quyuya atıldı.İllər keçdikdən sonra Alban məsihi padşahı Vaçaqan III-cü Tərəfindən cənazasi götürülərək Albaniyaya gətirildi və Kiş ərazisində dəfn edildi. Kişdə Elişanın kilsəsi, bu kilsə şərqin kilsələrin Anası kimi qəbul edilir. Müjdə Albaniyada yayılırdı və əhalinin əksəriyyəti İsa Məsihə iman etmişdir.
1937-ci ilə qədər Bartalmayın iztirabların xatirəsinə Qız qalasının yanında kiçik məbəd var idi. Bu məbəd 1937-ci ildə sovetlər tərəfindən dağıdılmışdır. Qalıqlar ilə maraqlanan indi də gədib baxa bilər.
Şəki ərazisində olan Kiş və o biri adı ilə Elişa kilsəsi
Alban Xristianlıq Dövrü
313-cü ildə Urnair Padşahı Xristianlıqı dövlət dini kimi qəbul edilməsinə görə fərman verdi. Bu vaxtdan Albaniyada yeni tarix başladı və bu tarix Xristianlıqla bağlı idi. Mədəniyyətin inkişafı, dövlətçiliyin inkişafı, maarifləşdirilmə ocaqlarının açılması, dua evinin və məbədlərin tikilməsi başlandı. Akademik Bünyatov qeyd edir ki, Xristian padşahlar Urnair, II Vaçe və III Vaçaqan Xristianlıqın yayılması üçün çox zəhmət çəkmişdilər. 438-457-ci illərdə məsihçilik qarşıdurma ilə üzləşdi. Bu müharibəni Persiya Padşahı II Yezdegert müharibə yürüşü ilə başlayaraq yaratdı. O istəyirdi ki, Albaniyanı Zərdüştliyə qaytarsın, lakin Alban xalqları birləşərək, o güclü müqavimət ilə rastlaşdı, əsas itkini AVARAY döyüşündə verdi, ondan sonra “Albanlar kimə istəyirlərsə, qoy ibadət etsinlər” dedi. 487-ci ildə Alban padşahı III Vaçaqan Xeyirxah olur. Onun dövründə Xristianlıq vüsat alır. Qəbələ Xristian paytaxtı idi. 552-ci ildə Xristianlıqın mərkəzi Bərdə idi. 1-ci Alban Xristian baş kahini Abbas olur. Alban Xristian padşahı Cavanşir 638-670-ci illərdə padşahlıq edirdi. Albaniyanın inkişafı, Xristianlıqın yayılmasının yeni dövrü başladı.
“Mən cəmiyyətimi quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək.” MATTA 16:18
Hədİyyə İncİl
Allahın Kəlamı dəyişdirilə bilməz amma bizi dəyişdirə bilər. İndi sifariş etmək üçün linkə vurun.